Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2020-ci ilədək əşyaların interneti qurğularının sayı 26 milyard təşkil edəcək
"Gartner" şirkətinin məlumatına görə, 2020-ci ilədək dünyada işlək "IoT"-qurğuların (Internet of Things) sayı 26 milyarda çatacaq, lakin "IoT"-qurğuların istehsalı, dəstəklənməsi, xidməti və idarəetmə sənayesi 300 milyard dollar təşkil edəcək.
"ICTnews" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, "Gartner" analitik şirkətinin tədqiqat direktoru Fabritsio Biskotti deyib ki, "IoT"-qurğular böyük həcmli məlumat yaradacaqlar və bu infrastrukturun istismarı xeyli sərmayə tələb edəcək, məsələn, disk saxlama sistemlərinin həcminin artırılması, məlumat mərkəzlərinin keçirtmə qabiliyyətinin yüksəldilməsi, həmçinin məlumatların emalı üçün yeni analitik proqramlar.
Şirkət, həmçinin vurğulayıb ki, demək olar ki, bütün "IoT"-qurğular məlumatları real vaxt rejimində yaradır və bu, başqa saxlama arxitekturası və analitik məlumatların işlənməsi üçün yeni alətlər tələb edir.
Emil Hüseynov
27/03/14 Çap et