Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2013-cü ildə mobil reklam bazarının həcmi iki dəfə artıb
“eMarketer” analitik şirkətinin məlumatına əsasən, 2013-cü ilin nəticəsinə görə, qlobal internet reklam bazarının həcmi 105 faiz artıb.
Analitiklər bildirir ki, 2012-ci ildə bazarın həcmi 8,76 milyard dollar məbləğində olub, lakin ötən ilin nəticəsinə görə bu göstərici iki dəfə artıb. Proqnoza əsasən, 2014-cü ildə 31,45 milyard dollar təşkil edə bilər ki, bu da ötən illə müqayisədə 75 faiz yüksəkdir və demək olar ki digital-reklam bazarının 25 faizini təşkil edəcək. Lakin bazarın artım sürəti aşağı düşəcək: 120-dən (2012) 22 faizədək (2018).
“ICTnews” elektron xəbər xidməti “1prime.ru” saytına istinadən bildirir ki, ötən ilin nəticəsinə görə qlobal mobil reklam bazarının lideri “Google”dur, lakin şirkətin payı 52,6-dən 49,3 faizədək azalıb. “Facebook” sosial şəbəkəsinin payı, əksinə, 5,4-dən 17,5 faizədək artıb.
“eMarketer”dən bildirilib ki, cari ildə bu tendensiya qalacaq. Belə ki, “Google”un payı 46,8 faizədək azala, “Facebook”un göstəricisi isə 21,7 faizədək arta bilər.
Emil Hüseynov
27/03/14 Çap et