Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanın özəl İT şirkətləri “İPv6” platformasına keçidə başlayıb
Azərbaycanın ilk internet provayderi “İntrans” şirkəti ölkədə “İPv6” internet protokoluna keçid prosesini aktivləşdirmək məqsədi ilə bu platforma əsasında bir neçə sayt yaradıb.
Şirkətdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, ölkədə bu platformada işləyən saytları yoxlamaq məqsədi ilə “www.ipv6.az” saytı yaradılıb.
“Biz ötən ildən etibarən bu istiqamətdə işə başlamışıq və hazırda “İPv6” platforması üzərində işləyən artıq bir neçə sayt istifadəyə verilib, lakin bu saytlarla yalnız qeyd edilən platformadan istifadə edən istifadəçilər tanış ola bilər. Bildiyimizə görə, hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyində bu platformaya keçidi aktivləşdirmək məqsədi ilə işlər aparılır. Eyni zamanda, ölkədə fəaliyyət göstərən bir neçə provayder bu istiqamətdə tədbirlər görür”,- deyə şirkətdə bildiriblər.
Qeyd edək ki, hazırda Bakı Telefon Rabitəsi İstehsalat Birliyi “İPv6” platforması üzərində işləyəcək “Bakinternet II” provayderini yaratmaq niyyətindədir.
Aynur Vəliyeva
27/03/14 Çap et