Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Braziliya parlamenti internet haqqında qanun qəbul edib


Braziliya parlamenti internet haqqında “Marco Civil bill” qanun layihəsini qəbul edib. Sənəd Federal Senata müzakirəyə göndərildikdən sonra ölkə prezidenti Dilma Rusef tərəfindən təsdiq edilməlidir.
Qanunun məqsədi internet istifadəçiləri və internet provayderlərinin hüquqlarını qorumaq, şəbəkə neytrallığı prinsiplərini təmin etmək və açıq hökumətin inkişafına zəmin yaratmaqdır.

Braziliya Ədliyyə Nazirliyi və Hüquq Universiteti nəzdində Texnologiya və Cəmiyyət Mərkəzi 2009-cu ildən sənəd üzərində iş aparıb. 2011-ci ildə qanun layihəsi hökumət və prezident tərəfindən təsdiq edilsə də, Milli Konqres son nəticədə onu qəbul etməyib, həmçinin sənədin məzmunu ilə bağlı mübahisələr iki il davam edib.

ABŞ xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı Edvard Snouden Milli Təhlükəsizlik Agentliyi (MTA) tərəfindən internet istifadəçilərinin izləməsi ilə bağlı açıqlamalar verdikdən sonra prezident Dilma Rusef qanunu Braziliya hökuməti üçün prioritet elan edib. Prezident hökuməti qanunu tezliklə qəbul etməyə çağırsa da, proses yenidən yarım ildən çox yubadılıb.

Bu, qismən prezident tərəfindən qanunun xarici şirkətləri Braziliya abunəçilərinin bütün məlumatlarının ölkə ərazisində fəaliyyət göstərən serverlərdə saxlanmasına məcbur etməsinə təkidlə çıxış etməsi ilə əlaqədardır. İnternet sənayesi bu təşəbbüsə qarşı kəskin etirazını bildirdiyindən hökumət ondan imtina etməli olub, - "theRunet www.therunet.com” yazır.  
 
 





27/03/14    Çap et