Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Facebook” və “Tesla Motors” süni intellektin inkişafına 40 milyon dollar sərmayə yatırır
“The Wall Street Journal” nəşri yazıb ki, “Facebook” sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberq “Tesla Motors” şirkətinin direktoru Elon Mask ilə birgə süni intellekt texnologiyasının hazırlanması ilə məşğul olan “Vicarious” şirkətinə 40 milyon dollar məbləğində sərmayə yatırıblar.
Nəşr yazır ki, “Vicarious” şirkəti beyin qabığı və bu məlumatların kompüter koduna modifikasiyasının tədqiqilə məşğul olur ki, bu da gələcəkdə süni intellekt texnologiyasını yaratmağa imkan verəcək.
“ICTnews” elektron xəbər xidməti “unian.net” saytına istinadən bildirir ki, “Vicarious” şirkəti iki il əvvəl yaradılıb. İlk öncə “PayPal” ödəmə xidmətinin yaradıcısı Piter Til və Zukerberqin həmkarı Den Moskoviç bu şirkətə sərmayə qoyublar.
Xatırladaq ki, bu ilin fevralında İT nəhəngi “Google” süni intellekt hazırlanması sahəsi üzrə “Deep Mind” startap şirkətini satın alıb.
Emil Hüseynov
27/03/14 Çap et