Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Instagram”da ən məşhur görməli yerlər


“The Daily Mail”in məlumatına görə, Parisin Eyfel qülləsi “Instagram”da ən populyar görməli yer olub. Belə ki, fotoservisə bu məşhur tikili ilə çəkilmiş 977,3 min şəkil yüklənib.

Top 20-nin ikinci pilləsində Nyu-Yorkdakı Tayms meydanı qərarlaşıb. “Instagram” istifadəçiləri bu görməli yerin 773,6 mindən çox şəklini yükləyiblər. Londonun Biq-Beni isə 689,4 min şəkillə üçüncü yeri tutub.
“ICTnews” elektron xəbər xidməti “ict.az” saytına istinadən bildirir ki, beynəlxalq reytinqdə, əsasən, ABŞ-da yerləşən görməli məkanlar yer alıb. Tayms meydanından başqa buraya “Empayr-steyt-bildinq” göydələni (8-ci yer), “Qrand-Kanyon” (9-cu yer), "Qızıl Qapılar" körpüsü (10-cu yer), “Bruklin” körpüsü (12-ci yer) və Azadlıq heykəli (13-cü yer) aiddir.

Siyahıya, həmçinin “London Eye” əyləncə çarxı, “Harrods” univermağı, “Hayd-park”, “Southbank” mərkəzi kimi məşhur yerlər da daxildir.

Emil Hüseynov




27/03/14    Çap et