Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“E-manat” ödəniş terminallarının sayı 1000-i keçib


"Modenis" şirkətinin bütün Azərbaycan regionlarını əhatə edən "E-manat" ödəniş terminalları şəbəkəsində quraşdırılmış ödəniş qurğularının sayı 1000-i keçib.

"Modenis" şirkətindən "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, hazırda şirkətin terminalları artıq Bakı ilə yanaşı, Gəncədə, Biləsuvar, Saatlı, Şəmkir, Göygöl, Samux, Goranboy, Naftalan, Daşkəsən, Gədəbəy, Tovuz, Yevlax, Qazax, Ağstafa, Hacıqabul, Kürdəmir, Ucarda və digər rayonlarda quraşdırılıb.

"E-manat" brendi altında fəaliyyət göstərən terminallar dünyada ən geniş terminal şəbəkəsinə malik olan "QIWI" qrupuna aiddir. "QIWI" qrupunun səhmdarları "Mail.ru Group", "QIWI" qrupunun menecmenti və beynəlxalq "Mitsui & Co., Ltd" şirkətidir.

Ötən il "Contact" və "QIWI" ödəniş sistemləri Abxaziyaya, Azərbaycana, Belarusa, Gürcüstana, Qazaxıstana, Tacikistana, Ukraynaya və digər ölkələrdən olan istifadəçilərin valyuta pulköçürmələri həyata keçirmək imkanının təqdim edilməsi haqda məlumat yayılıb. Belə ki, "Contact" pulköçürmələrini “QIWI" vasitəsilə rublda göndərib ABŞ dollarında almaq olar.


Aynur Vəliyeva




27/03/14    Çap et