Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Türkiyədə “YouTube” niyə bloklandı?


Türkiyə hökuməti cümə axşamı “YouTube” videohostinqinə çıxışı bağlamaq qərarına gəlib. Bu barədə yerli “Hurriyət” qəzeti məlumat verib.

Qəzetin məlumatına görə, saytda Türkiyənin güc strukturlarının yüksəkvəzifəli nümayəndələrinin görüşünün əks olunduğu videoyazı yerləşdirildikdən bir neçə saat sonra Türkiyə Rabitə və Telekommunikasiya İdarəsi (TIB) belə qərar qəbul edib. Görüş zamanı Suriyaya mümkün hərbi müdaxilə məsələsi müzakirə olunub.

Ötən həftə Türkiyə hakimiyyəti həmçinin məhkəmənin qərarı ilə "Twitter” mikrobloqlar servisinə çıxışı məhdudlaşdırıb.

Türkiyə hakimiyyətinin qərarı ictimaiyyət tərəfindən kəskin etirazla qarşılanıb. Son günlər servisin bağlanması ilə əlaqədar qərarın ləğv edilməsini tələb edən vətəndaş, təşkilat və partiyalardan bir neçə şikayət daxil olub. Ölkə prezidenti Abdulla Gül də sosial şəbəkələrin bağlanmasına qarşı çıxıb, - "Cybersecurity www.cybersecurity.ru” yazır.





28/03/14    Çap et