Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“MilliKart” “Cash algorithm” xidmətini işə salıb
“MilliKart” MMC müştərilərin rahatlığını təmin etmək üçün bankomatların funksionallığını və aparılan müxtəlif əməliyyatların sayını daim artırmaqdadır.
“ICTnews” elektron xəbər xidmətinin şirkətə istinadən verdiyi məlumata görə, müştərilərin apardığı əməliyyatlar arasında nağdlaşdırma əməliyyatının ən çox aparıldığını və əksər hallarda alınan əskinaslarla yaşanan sıxıntıları nəzərə alaraq, “MilliKart” yeni “Cash algorithm” xidmətini müştərilərin ixtiyarına verib. “Cash algorithm” xidmətinin əsas üstünlüyü bankomatdan çıxarılacaq məbləğin istənilən əskinaslarla alınma imkanıdır: “Nağdlaşdırma zamanı müştərilər nağd vəsaiti minimal sayda iri nominallı və bankomatda olan müxtəlif nominallı əskinaslarla əldə edə biləcəklər”.
CAHANGİR
28/03/14 Çap et