Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Startap layihələrinin müəllif hüquqları qorunacaq
Azərbaycan Müəllif Hüquqları Agentliyi İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fonduna təqdim edilən startap layihələrinin müəllif hüquqlarını təmin etməyə hazır olduğunu bildirib.
Agentliyin Aparat rəhbəri Fuad Kərimovun “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, bu günədək bununla bağlı agentliyə müraciət daxil olmayıb.
“Ümumiyyətlə, biz dövlət müəssisələrinə təqdim edilən layihələrin müəllif hüquqlarını təmin edirik. Bunun üçün agentliyə dövlət orqanından rəy daxil olmalıdır və bu rəyin əsasında ilk növbədə layihənin ekspertizası keçirilir, onun orijinallığı və digər göstəriciləri müəyyən edilir. Bundan sonra layihə qeydiyyatdan keçirilir və gələcəkdə onun müəllifinin əqli mülkiyyət hüquqları təmin edilir”,- deyə o bildirib.
Aynur Vəliyeva
28/03/14 Çap et