Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Hakerlər “Word”un "RTF" formatının boşluğundan istifadə edərək kompüterlərə sanksiyalaşdırılmamış çıxış əldə edirlər
“Microsoft” şirkəti “Word” istifadəçilərinə xəbərdarlıq edir. Belə ki, hakerlər RTF genişlənməli “Word” fayllarda tapdıqları boşluq vasitəsilə kompüterə nüfuz etməyin yolunu tapıblar.
Elektron Təhlükəsizlik Mərkəzindən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, istifadəçilərə kompüterini bu hücumdan qorumağın yeganə yolu “Microsoft” hər şeyin qaydasında olduğunu bildirmədən RTF formatlı faylları açmamağı tövsiyə edib.
Yeni hücum ən arzuolunmaz hücum növlərindən biridir. Haker istifadəçi faylı açdıqdan sonra kompüterin idarə edilməsini tam nəzarət altına alır və kompüterə qeyri-qanuni botnet yükləməklə zombiyə çevirə bilər. Nəticədə, istifadəçinin kompüterindən müxtəlif neqativ məqsədlər üçün, spam göndərmək, virus yaymaq və s. üçün istifadə edilir.
Hakerlər kompüterə nəinki istifadəçi həmin faylları açanda, hətta baxış rejimində belə müdaxilə edə bilər. Məsələn, bu tip fayllara istifadəçi elektron poçtunda nəzərdən keçirdiyi halda belə virus kompüterə yüklənə bilər. Buna görə də “Microsoft” bütün RTF formatlı faylları yoxlamağı məsləhət görür.
Aynur Vəliyeva
29/03/14 Çap et