Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Hərbçilərimiz kompüter dəstəkli təlimlərə qatılacaq
Azərbaycan hərbçiləri kompüter dəstəkli təlimlərdə iştirak edəcək.
Bu barədə “ICTnews” elektron xəbər xidmətinə Müdafiə Nazirliyindən məlumat verilib. Məlumatda qeyd edilir ki, Azərbaycan-ABŞ ikitərəfli iş planına əsasən martın 31-dən aprelin 4-dək Dublin (İrlandiya), Belqrad (Serbiya) və Stokholm (İsveç) şəhərlərində "Viking-14" kompüter dəstəkli komanda qərargah təlimi keçiriləcək.
Bununla yanaşı, NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən martın 31-dən aprelin 4-dək Belqrad şəhərində (Serbiya) "NATO ilə 2014-cü il üzrə Hərbi Əməkdaşlığın Əlaqələndirilməsi" üzrə işçi görüş reallaşdırılacaq. Bütün tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.
Seymur
31/03/14 Çap et