Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
BTRİB-in əməkdaşı Rabitənin İnkişafı üzrə Ümumdünya Konfransının Büdcə nəzarəti komitəsinin rəhbər vəzifəsinə təyin edilib
Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin şöbə müdiri Rabitənin İnkişafı üzrə Ümumdünya Konfransının Büdcə nəzarəti komitəsinin rəhbər vəzifəsinə təyin edilib.
“ICTnews” xəbər xidmətinin Regional Rabitə Birliyinin rəsmi saytına istinadən verdiyi məlumata əsasən, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Maliyyə və əmək şöbəsinin müdiri S. Yarəhmədov Rabitənin İnkişafı üzrə Ümumdünya Konfransının Büdcə nəzarəti komitəsinin vitse-sədri vəzifəsinə təyin edilib.
S. Yarəhmədovun qeyd edilən vəzifəyə martın 30-da Dubayda keçirilən Rabitənin İnkişafı üzrə Ümumdünya Konfransının son iclası çərçivəsində baş tutan seçkilər nəticəsində təyinatı baş verib.
Konfrans rabitənin inkişafı sahəsində prioritetlərin müəyyən edilməsi üçün qlobal bir forumdur. Konfransda, real qlobal informasiya cəmiyyətinin yaradılması üçün nəzərdə tutulmuş Deklarasiyalar və Dubay fəaliyyət planı qəbul ediləcək.
Aynur Vəliyeva
01/04/14 Çap et