Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Böyük Britaniyada kiberhücumlarla mübarizə xidməti fəaliyyətə başlayıb


Birləşmiş Krallıqda kiberməkanda milli təhlükəsizliyin təmini üzrə səyləri koordinasiya edəcək Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (Computer Emergency Response Team - CERT) rəsmən fəaliyyətə başlayıb.  

Yeni idarə, həmçinin kibertəhlükəsizlik sahəsində milli əhəmiyyətə malik insidentlərin aradan qaldırılması ilə məşğul olacaq.   

Bundan başqa, “CERT” hökumət, sənaye və akademik müəssisələrə kibertəhdidlər haqqında məsləhətlər və informasiyalar verəcək.

Böyük Britaniya Nazirlər Kabinetinin katibi Frensis Mod “CERT”-in fəaliyyətə başlamasına həsr olunan çıxışında deyib ki, ötən maliyyə ilində iri şirkətlərin 93 faizi kibertəhlükəsizlik məsələlərində uğursuzluqla üzləşib. Belə ki, o, London şirkətlərindən birinin kiberhücum nəticəsində bir milyon üç yüz min mədaxil itkisi ilə üzləşdiyini bildirib.   

Hökumət nümayəndəsi bəyan edib ki, kibertəhlükəsizlik Britaniya iqtisadiyyatının bərpasının tərkib hissəsi və böyük imkandır, - “RBK www.rbc.ru” yazır.




01/04/14    Çap et