Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İnternet provayder abunəçilərinə internet ödənişini nağd qaydada region nümayəndələrinə ödəməməyi tövsiyə edir
“Avirtel” MMC bir sıra ödəniş sistemləri vasitəsilə internet abunə haqqını ödəmə imkanlarını abunəçilərə təqdim edib.
Bununla belə, bir sıra abunəçilər, xüsusən də regionlarda bu ödəniş sistemləri vasitəsilə rahat abunə haqqını ödəmə imkanından istifadə etmək əvəzinə, ödənişi nağd qaydada region nümayəndələrinə ödəməyi üstün tuturlar. Nəzərinizə çatdırırıq ki, bu, tamamilə yanlış bir metoddur.
Bu barədə “Avirtel” rəsmi saytı vasitəsilə abunəçilərə xəbərdarlıq edib.
Şirkət bildirir ki, belə hallarda şirkət sizin internet xidmətinin aktiv edilməsi üçün heç bir məsuliyyət daşımır.
CAHANGİR
01/04/14 Çap et