Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
Google, Yahoo və Microsoft şirkətləri öz səylərini hədəfləri internet-tərkibin, strukturlaşmış korporativ məlumatların indeksləşdirilməsinin yaxşılaşdırılması olan layihə çərçivəsində birləşdirib.
Şirkətlər bildiriblər ki, internet-məzmunu daha sürətli və daha keyfiyyətli indeksləşdirməyə görə HTML nişanı üçün Verilənlər Bazası İdarəetmə Sistemi (VBİS) texnologiyalarından istifadə etmək niyyətindədirlər.
Üç şirkət əməkdaşlıq çərçivəsində teqlərin təsvirləri ifadə edilən Schema.org layihəsini yaradıb. Layihə müəllifləri ümid edirlər ki, bu, vebmasterlərə kontenti xüsusi tərzdə nişanlamağa kömək edəcək. Bu da daha sürətli və keyfiyyətli indeksləşdirilməni təmin edəcək.
"Schema.org-un hədəfi keyfiyyətli indeksləşdirilmiş sayt yaratmaq istəyən sayt müəllifləri üçün vahid resurs olmaqdır" – Google-un bloqunda belə deyilir.
İndi Schema.org saytında yeni sistemin müəllifləri müxtəlif sayt kateqoriyaları üçün, məsələn əyləncə, rəsmi, xəbərlər və s. kimi 100-ə yaxın müxtəlif HTML teqləri təklif edirlər.
05/06/11 Çap et