Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Android” və “iOS” istifadəçiləri vaxtlarının 86 faizini oyun və tətbiqlərə sərf edirlər


"Flurry" analitik şirkətinin məlumatına əsasən, "Android" və "iOS" platformasının Şimali Amerikalı istifadəçiləri qurğulardan istifadə vaxtının 86 faizini müxtəlif oyun və tətbiqlərə sərf edirlər.
 
"TheNextWeb.com" portalı yazır ki, bu,  bir saat 19 dəqiqə təşkil edir. İstifadəçilər vaxtının 14 faizini (22 dəqiqə) brauzerdə keçirirlər.
 
"ICTnews" elektron xəbər xidməti "gazeta.ru" saytına istinadən bildirir ki, qurğulardan istifadə vaxtının 4 faizi  "YouTube"un payına düşür.

Mobil brauzerlər arasında istifadə vaxtına görə lider 7 faiz göstəriciyə malik "Apple Safari" olub. İkinci yerdə  qərarlaşmış "Google Chrome" brauzerində bu göstərici 5 faiz olub.
 
Emil Hüseynov




02/04/14    Çap et