Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Samsung” şirkəti üç “Galaxy Tab 4” planşetini təqdim edib
Koreyanın "Samsung Electronics" şirkəti "Android" əməliyyat sistemi ilə işləyən "Galaxy Tab 4" smartfonlarının yeni xəttini nümayiş etdirib.
Yeni planşetlərin 7, 8 və 10 düym diaqonallı ekranla təchiz edilmiş versiyaları mövcuddur. Şirkət ümumilikdə 1,2 QHs takt tezlikli dördnüvəli prosessor və "Android 4.4 KitKat" əməliyyat sistemi ilə işləyən üç yeni planşet nümayiş etdirib.
"ICTnews" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, yeni aparat "Wi-Fi" (bütün modellər), həmçinin "4G" (bütün modellər) və "3G" (7 və 10 düym modellər) şəbəkələri vasitəsilə internetə çıxış imkanına malikdir. Cihazların qiyməti və satışa çıxarılış tarixi haqda hələ ki dəqiq məlumat yoxdur. 7 düymlük versiyada daxili yaddaşın həcmi 8 QB, digərlərində 16 QB-dır. Planşetlər, həmçinin video əlaqə üçün 3 meqapiksellik kamera ilə təchiz edilib.
Hər üç model 1280x800 piksel təsvir ölçüsünə malikdir.
Emil Hüseynov
02/04/14 Çap et