Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Playstation 4” oyun konsollarının satış həcmi 7 milyonu ötüb


Yaponiyanın “Sony” şirkətinin “PlayStation 4” oyun konsolunun satış həcmi 7 milyonu ötüb.
 
“ICTnews” elektron xəbər xidməti “hi-news.ru” saytına istinadən bildirir ki, ötən ilin noyabrından mart ayına qədər yapon şirkəti tərəfindən 7 milyon qurğu istehsal edilib. Təəssüf ki, son istehlakçıya çatan konsolların dəqiq sayı açıqlanmayıb.
 
Xatırladaq ki, “Sony” şirkəti martın sonunadək yalnız 5 milyon qurğu satmağı planlaşdırmışdı. Beləliklə, şirkət öz planını artıqlaması ilə yerinə yetirib.
 
Emil Hüseynov
 





02/04/14    Çap et