Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Samsung” şirkəti proqram təminatına diqqət yönəldəcək
“Samsung Group”un Direktorlar şurasının sədri və icraçı direktoru Li Xon Xi şirkətin top-menecerlərindən ”Samsung”un proqram təminatı sahəsində potensialının yaxşılaşması üzrə tədbir görməyi xahiş edib. Bu barədə Cənubi Koreya KİV-nə istinadən "Reuters" İnformasiya Agentliyi xəbər yayıb.
“Samsung Group” ofisinin rəhbəri Kim Sun-Tek bildirib ki, şirkət proqram təminatı seqmentində rəqabətə davamlılıq səviyyəsini yüksəltmək niyyətindədir və bunun üçün əlavə satınalmalara xeyli vəsait sərf etməyə də hazırdır. Analitiklər və bazar iştirakçıları dəfələrlə “Samsung” şirkətinin aparat məhdudluğunu qeyd ediblər, buna görə də şirkət ideyaları “Apple” kimi rəqiblərdən köçürür. Nəticədə Cənubi Koreya nəhəngi ittiham olunub və indi bütün dünyada müxtəlif məhkəmələrdə mühakimə olunur. Mütəxəssislər qeyd ediblər ki, “Samsung” şirkəti bilməlidir ki, istehlakçıları yalnız güclü aparat deyil, həm də qurğuların proqram funksionallığı cəlb edir.
18/08/11 Çap et