Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanın poçt operatoru daha bir beynəlxalq pulköçürmə sisteminə qoşulur
Yaxın müddətdə “Azərpoçt” MMC-nin bütün şöbələrində “İBA-EXPRESS” sistemi üzərindən pul köçürmələri almaq və göndərmək mümkün olacaq.
MMC-dən verilən məlumata görə, “Azərpoçt” “İBA-EXPRESS” beynəlxalq pul köçürməsi sistemi ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
Hazırda Bakı, Abşeron, Sumqayıt və Regional Poçt Filiallarının Müştəri Xidmətləri Şöbəsində fəaliyyət göstərən “İBA-EXPRESS” beynəlxalq pul köçürməsi sisteminin test mərhələsi artıq başa çatmaq üzrədir. Aprelin 7-dən etibarən bu sistem üzərindən adıçəkilən şöbələrdən pul köçürmələri almaq və göndərmək olar.
Xatırladaq ki, “Azərpoçt” MMC “Contact”, “Caspian Money Transfer”, “Western Union”, “Migom” və “Золотая Корона” beynəlxalq pul köçürmələri sistemləri ilə də əməkdaşlıq edir.
CAHANGİR
02/04/14 Çap et