Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan vətəndaşlarının və əcnəbilərin uçotunun aparıldığı dövlət informasiya sistemləri siyahısına yenisi əlavə olunub
Azərbaycan Nazirlər Kabineti 2008-ci il 5 fevral tarixli 28 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının vətəndaşlarına, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən fərdi identifikasiya nömrəsinin daxil edilməli olduğu və həmin şəxslərin uçotunun aparıldığı digər dövlət informasiya sistemlərinin Siyahısı"nda dəyişiklik edib.
"ICTnews" elektron xəbər xidmətinin NK-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, dəyişikliyə əsasən, siyahıya hüquqi və fiziki şəxslərə verilmiş torpaq sahələri üzrə informasiya ehtiyatı da əlavə edilib.
İnformasiya ehtiyatının formalaşdırılması Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həyata keçirilir.
CAHANGİR
02/04/14 Çap et