Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Line” messencerinin auditoriyası 400 milyonu ötüb
Ödənişsiz zəng və mesajlarla mübadilə üçün “LINE” tətbiqinin sahibi Yaponiyanın “LINE Corporation” şirkəti elan edib ki, “LINE” istifadəçilərinin sayı 400 milyonu ötüb.
“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, 2013-cü ilin noyabrında “LINE” messencerində qeydiyyatdan keçmiş istifadəçilərinin sayı 300 milyonu ötüb. “LINE” istifadəçiləri sayının gündəlik artım tempi bütün dünyada sürətlə artaraq gündəlik 1.7 milyon yeni qeydiyyat göstəricini ötüb.
1 aprel 2014-cü il tarixində şirkət elan edib ki, “LINE” messencerinin auditoriyası 400 milyona çatıb. İlin əvvəlindən “LINE” istifadəçilərinin sayı 10 milyonu ötən ölkələrin də sayı artıb.
2014-cü ilin əvvəlindən “LINE” messencerində gündəlik 10 milyard mesaj göndərilib, həmçinin 12 milyon zəng edilib.
Emil Hüseynov
02/04/14 Çap et