Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Pentaqonun tədqiqat bölməsi biotexnologiyalarla məşğul olacaq


ABŞ Müdafiə Nazirliyinin Qabaqcıl Müdafiə Elmi-Tədqiqat İşləmələri Agentliyi (Defense Advanced Research Projects Agency - DARPA) biotexnoloji texnologiyaların hazırlanması ilə məşğul olacaq yeni şöbə yaradıb. "BTO" adlandırılan şöbənin vəzifəsi biotexnologiyalardan hərbi məqsədlər üçün istifadə imkanlarının tədqiqi olacaq.

"BTO"-nun məqsədi milli təhlükəsizlik naminə təbii ekosistemlərin gücündən istifadə edərək biologiya, mühəndis və kompüter elmlərini bir araya gətirməkdən ibarətdir", - "DARPA"-nın məlumatında deyilir. Yeni şöbənin əməkdaşları Müdafiə Elmləri (DSO) və Mikrosistem Texnologiyaları (MTO) idarələri tərəfindən aparılan tədqiqatların nəticələrinə istinad edəcəklər. Bu idarələrin bir sıra proqramları "BTO"-ya köçürüləcək.

"BTO" yaradılmazdan əvvəl "DARPA"-nın ixtiyarında yalnız bioloq, mühəndis, neyrobioloq və s. ibarət kiçik qruplar olub və biz həmişə onların müxtəlif idarələrə bölünən işlərini birləşdirməkdə maraqlı olmuşuq. İndi isə biz birlikdə çalışacağıq və ənənəvi və inkişaf etməkdə olan fənlərin kəsişməsinə çoxlu yeni ideyalar gətirəcək yeni alim cəmiyyətini cəlb etmək niyyətindəyik", - "BTO"-nun ilk direktoru Ceff Linq deyib.

Həmçinin "BTO"-nun maraq dairəsinə hərbçilər üçün qabaqcıl protez və neyrointerfeyslərin hazırlanması, yoluxucu xəstəliklərdən profilaktika və qorunma, eləcə də genetik mühəndisliyin tətbiqi ilə potensial hücumlardan mühafizə üsullarının işlənməsi daxildir. "DARPA" nümayəndələri qeyd edirlər ki, ən yeni biotexnologiyalar sahəsində aparılan tədqiqatların bəziləri etik və hüquq prinsiplərinə ziddiyyət təşkil edə bilər. Bununla əlaqədar olaraq agentlik vaxtaşırı belə aspektləri elmin müvafiq sahələrində təcrübəyə malik alimləri cəlb etməklə müzakirə edəcək, - "Vesti www.vesti.ru" yazır.   
 




03/04/14    Çap et