Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

NATO Azərbaycanda energetika və kibernetika təhlükəsizliyi ilə bağlı təlimlər keçirəcək


Almaniyanın "Der Spigel" nəşri Şərqi Avropada NATO-nun planları ilə bağlı  Alyansın sənədini əldə edib.

Bu sənədə əsasən, NATO Moldova, Azərbaycan və Ermənistana mühafizə olunmağı öyrədəcək.  Rusiya Ukraynanın ərazisinə daxil olduqdan sonra NATO Şərqi Avropada iştirakını, eləcə də,  Azərbaycan və Moldova kimi ölkələrlə  əməkdaşlığını  gücləndirmək niyyətindədir.

Yeddi səhifədən ibarət sənəddə NATO-nun Krımın zəbt edilməsindən sonra həyata keçirəcəyi plan təsvir edilib. Plana əsasən, Azərbaycanla NATO energetik və kibernetik təhlükəsizlik sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.

Aynur Vəliyeva




03/04/14    Çap et