Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hakerlər San-Fransiskonun nəqliyyat sisteminə hücum ediblər


Hakerlər “BART” (San-Fransisko aqlomerasiyasına xidmət edən sürət qatarlarının sistemləri) Polis Assosiasiyasının saytını “qırıblar”. Bu barədə “CNN” məlumat yayıb. Portala hücum avqust ayının 17-də səhər edilib. Açıq girişdə sistemdə işləyən bütün polis əməkdaşlarının şəxsi məlumatları - adlar, soyadlar, ünvanlar və telefonlar yerləşdirilib. Assosiasiyanın saytı qeydin yazılışı vaxtı onun əməkdaşları tərəfindən söndürülüb.
“Associated Press”in məlumatına görə,“Anonymous” haker qruplaşmasının “Twitter” mikrobloqlar şəbəkəsində öz səhifəsində yerləşdirdiyi bağlantılardan polislərin məlumatlarını tapmaq olar. Lakin daha məşhur olan “@AnonymousİRC” hesabı adından belə qeydlər edilməyib. Məlumat üçün qeyd edək ki, hücum stilinə görə bu “qırma” “Anonymous” qrupundan olan hakerlərin hərəkətlərinə çox oxşardır.




18/08/11    Çap et