Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan internet xidmətləri provayderlərinin reytinqinə yeni provayder daxil olub
Azərbaycan internet xidmətləri bazarında dövlət provayderləri maksimal bazar paylarını qoruyub saxlayırlar.
"Delta Telecom" şirkətinin saytında yerləşdirilmiş ölkədə fəaliyyət göstərən internet provayderlərin interaktiv qrafikinə əsasən, genişzolaqlı internet xidmətləri bazarında "Bakinternet"in payı artaraq 20,13 %, "Aztelekom"un payı isə azalaraq 12,31% təşkil edib. Buna baxmayaraq dövlət provayderi liderliyini saxlamaqda davam edir.
Hesabat dövründə, ənənəvi olaraq reytinqdə ilk beşliyə daxil olan "Bakinternet", "Aztelekom", "Uninet", "Azeronline", "DataPlus" şirkətləri kəskin rəqabəti ötən ay da davam ediblər.
Son bir ay ərzində üçüncü yerdə qərarlaşan "Uninet"in payı artaraq 14,19%, "Azeronline"nın payı dəyişmədən 10,2%, "Dataplus" şirkətinin bazar payı 6,6%, "Connect" şirkətinin bazar payı 6,08% təşkil edib.
Onların ardınca 3,80% bazar payı ilə "Azqtel", 3,04% –"Adanet", 3,14% - "Azstarnet", 3,4% –"Ultel", 3,2% - "Castel", 2,3% - Smart, 1,8% - "Avirtel" və 1,4% bazar payı ilə regional internet provayderi "Nakhchivan" qərarlaşıb.
Qeyd edək ki, "Azeurotel" dövlət müəssisəsi reytinqi tərk edib, onun əvəzinə hazırda 0,82% bazar payına malik olan Azərbaycan təhsil kompüter şəbəkəsi "Azedunet"in reytinqdə göstəriciləri təqdim edilib.
Digər provayderlər bazarda çox kiçik 1%-dək paya malikdirlər.
Qeyd edək ki, ümumilikdə ölkədə hazırda 30-dan çox internet provayder fəaliyyət göstərir.
Aynur Vəliyeva
03/04/14 Çap et