“Wikileaks” redaktorunun internetin gələcəyi haqqında kitabı dərc ediləcək
"Wikileaks" portalının təsisçisi və baş redaktoru Culian Assancın internetin gələcəyinə həsr olunan "When Google Met WikiLeaks" (Google WikiLeaks ilə görüşəndə) kitabı 2014-cü ilin sentyabrında işıq üzü görəcək. Bu barədə "OR Books" nəşriyyatının rəsmi nümayəndəsi məlumat verib.
C.Assancın əməyi onun ABŞ-ın "Google" şirkətinin rəhbəri Erik Şmidt ilə 2011-ci ilin iyununda baş tutan söhbətlərinə əsaslanır. "WikiLeaks"in fəaliyyətindən bəhs edən mətnlə yanaşı, kitaba baş redaktor tərəfindən hazırkı nəşr üçün yazılan internetin gələcəyi haqqında fikirləri də daxildir, - "İTAR-TASS
www.itar-tass.com" yazır.