Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"Facebook"un qurucusu istirahət etmək üçün niyə Türkiyəni seçdi?


Dünyanın ən məşhur sosial şəbəkələrindən biri olan "Facebook"un qurucusu və rəhbəri  Mark Zuckerberg istirahət üçün Tükiyəni seçib.

"ICTnews" elektron xəbər xidməti Tükiyə mətbuatına  istinadən bildirir ki, o, həyat yoldaşı Priscilla Chan ilə birlikdə hazırda Bodrumdadır.


Zuckerberg Bodrumda onu tanıyan gənclərlə xatirə fotoşəkili çəkdirməyi də unutmayıb. Olduqca sadə və nəzakətli hərəkətləri ilə o ətrafdakıların rəğbətini qazanıb.

Bir müddət Bodrumda qalacağı söylənilən  Zuckbergin  daha sonra rotasını Yunanıstan adalarına çevirəcəyi bildirilir.




03/04/14    Çap et