Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
56 milyon rusiyalı gündəlik internetdən istifadə edir
"İnterfaks" agentliyi yazır ki, "İctimai rəy" fondunun tədqiqatına əsasən, gündə ən azı bir dəfə internetə daxil olan rusiyalıların sayı 56,3 milyon nəfər təşkil edir. Bir il əvvəl bu göstərici 43 faiz və ya 50,1 milyon olub.
Fondun məlumatına görə, 5 il bundan əvvəl Rusiyada aktiv internet auditoriyasının payı 22 faiz və ya 25,8 milyon təşkil edib.
"ICTnews" elektron xəbər xidməti "gazeta.ru" saytına istinadən bildirir ki, ayda ən azı bir dəfə internetə daxil olan rusiyalı istifadəçilərin illik artım tempi 7 faiz təşkil edib. Bir günlük auditoriya üçün bu göstərici 12 faizə bərabərdir.
Moskva və Sankt-Peterburq şəhərlərində internet istifadəçiləri müvafiq olaraq 73 və 72 faiz təşkil edir. Kənd yerlərində və kiçik şəhərlərdə artım tempi 5 faiz təşkil edib.
Emil Hüseynov
04/04/14 Çap et