Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Office” paketinin “iPad” versiyası 12 milyon dəfə yüklənilib
"iPad" üçün "Office" ofis tətbiqi paketinin ixtisaslaşdırılmış versiyasının elanından 1 həftə ötüb. Bu müddət ərzində "Apple"ın planşetləri üçün "Word", "Excel", "PowerPoint" və "OneNote" 12 milyon dəfədən çox yüklənilib. "Microsoft" bu uğuru haqda "Twitter" mikrobloqlar xidmətindəki səhifəsində yazıb.
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, proqram nəhəngi "Office" ofis paketinin "iPad" versiyasını martın 27-də "Microsoft"un San-Fransisko şəhərində keçirilmiş mətbuat konfransında təqdim edib. Ofis paketinə "Word" mətn redaktoru, "Excel" cədvəl redaktoru, həmçinin təqdimatların hazırlanması üçün "PowerPoint" proqramı daxildir.
"iPad" üçün "Office" paketi freemium modeli üzrə yayılır, yəni "App Store" onlayn mağazasından tətbiqi yükləmək və onun köməyilə "Word", "Excel" və "PowerPoint" formatlı sənədləri ödənişsiz açmaq olar, lakin redaktə və bu formatlı faylların yaradılması üçün məbləğ ödəmək lazımdır. "Office 365" üçün illik abunənin qiyməti 99 dollar təşkil edir.
Emil Hüseynov
04/04/14 Çap et