Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2018-ci ilədək "3D" çap bazarının həcmi 6,5 dəfə artacaq
"3D" printerləri və sərfiyyat materiallarının satış həcminin artması qurğuların tətbiq sahəsinin genişlənməsi, həmçinin çap xidmətlərinə xərclərin azalması ilə izah edilir.
"ICTnews" elektron xəbər xidməti "unian.net" saytına istinadən bildirir ki, "Canalys" analitik şirkətinin analitikləri bildirir ki, 2018-ci ilədək qlobal "3D" çap texnologiyası bazarının həcmi 6,5 dəfə artaraq 16.2 milyard dollar olacaq. 2013-cü ildə bu göstərici 2.5 milyard dollar olub.
Məlumata əsasən, analitiklər cari ilin sonunadək "3D" çap bazarının həcminin 3,8 milyard dollaradək artacağını proqnozlaşdırırlar.
Zamanla üçölçülü çap yalnız sənayedə deyil, həm də arxitektura, tibb, kosmik və bir çox başqa sahələrdə tətbiq ediləcək.
Emil Hüseynov
04/04/14 Çap et