Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakıda yeni televiziya xidmətləri operatoru işə başlayıb



 Azərbaycanın regional efir-kabel televiziya xidmətləri operatoru – “Smart TV Plus” şirkəti Bakıda fəaliyyətə başlayıb.
 
Şirkətdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, şirkət “ADOB” şirkətlər qrupuna daxildir və artıq 5 ildir ki, Gəncə və Şəmkirdə fəaliyyət göstərir.
 
“Bakıda şirkətimiz ötən ilin noyabr ayından etibarən fəaliyyətə başlayıb. Yaxın zamanda əhatə dairəmizi genişləndirərək Zaqatalada da xidmət göstərməyi nəzərdə tutmuşuq. Gələcək planlarımıza ölkənin bütün regionlarını əhatə dairəmizə daxil etmək daxildir”,- deyə şirkətdən bildiriblər.
 
Qeyd edək ki, yaxın günlərdə “SmartTV+” abunəçilərinə xidmətlərinin haqlarını “MilliÖN”, “EasyPay” və “GoldenPay” ödəmə sistemləri vasitəsilə ödəmək imkanı təqdim edəcək.
 
Şirkət, abunəçinin evində antena quraşdıraraq və televizoru HD “resiver”ə və ya SAM modula qoşaraq SD və HD kanallara baxmaq imkanı təqdim edir.
 
Aynur Vəliyeva
 
 




04/04/14    Çap et