Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Nar Mobile”-ın baş sponsorluğu ilə intellektual yarışma start götürür


“Nar Mobile” mobil operatorunun baş sponsoru olduğu ənənəvi “Breyn Rinq” intellektual yarışması AZTV-nin efirində start götürür. Bu il yarışmada Azərbaycanın 16 bölgəsini təmsil edən 29 komanda iştirak edir.

“Nar Mobile”, “Kapital Bank”, “Norm Sement”, “Romantic”, “Orion Bakı”, “Nur Bakı”, “İstiqlal Bakı”, “Fortuna Bakı”, “Aypara Bakı”, “Para Bellum Baku”, “Alyans Bakı” komandaları, “Azərbaycan” klubu, Milli Aviasiya Akademiyası və Dövlət İdarəçilik Akademiyasının komandalarının qatıldığı yarışmada bu il Bərdə, Göyçay, Gəncə, Ağdaş, Ağstafa, Beyləqan, Quba, Cəlilabad, Lənkəran, Mingəçevir, Siyəzən, Xızı, Şabran, Şəki və Naxçıvanı təmsil edən bölgə komandaları iştirak edəcəklər.
 
Xatırladaq ki, GameTV.az prodüser mərkəzinin layihəsi olan “Breyn Rinq” intellektual yarışması MDB coğrafiyasında televiziya ilə yayımlanan ən baxımlı intellektual oyun hesab edilir. Yarışmaya hər bazar saat 21:30-da Azərbaycan Dövlət Televiziyasının (AzTv) efirində baxmaq olar.
 
 
 
 
 




04/04/14    Çap et