Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Qlobal elektron ticarətin və gömrük sistemləri prosedurlarının sadələşdirilməsi Bakıda müzakirə ediləcək
Qlobal məkanda elektron ticarətin və gömrük sistemləri prosedurlarının sadələşdirilməsi beynəlxalq mütəxəssislərin iştirakı ilə Bakıda müzakirə ediləcək.
Bu məsələ “Post-Bali dövründə ticarət prosedurlarının sadələşdirilməsi: siyasətin həyata keçirilməsi” mövzusunda 21-23 may tarixlərində təşkil ediləcək “Gömrük universitetlərinin Beynəlxalq şəbəkəsinin birinci qlobal konfransı -2014”-ün əsas istiqamətlərindəndir.
Dövlət Gömrük Komitəsindən bildirilib ki, konfransın mövzularına Ümumdünya Ticarət Təşkilatının Bali paketi və onun Gömrük sferasına təsiri, gömrüyün etibarlı ticarət sxemləri və bizneslə əməkdaşlığı, infrastruktur və ticarət prosedurlarının sadələşdirilməsinin regional aspektləri, sərhədlərlə müştərək idarəetmə, sərhəd kəsişməsi zamanı inzibati xərclər və gömrük sahəsində digər tədqiqat istiqamətləri daxildir.
Həqiqət İSABALAYEVA
05/04/14 Çap et