“Apple” şirkətinin yeni qərargah binası ölçülərinə görə Pentaqonu üstələyəcək
“Apple” korporasiyasının 2015-ci ildə istifadəyə verməyi planlaşdırdığı yeni qərargahı ölçülərinə görə Pentaqonu üstələyəcək. Bu barədə “Mac Observer” nəşri məlumat yayıb.
Nəşr jurnalistlərinin hesablamalarına əsasən, “Apple” şirkətinin silindrik formada olacaq yeni qərargah binasının diametri təxminən 492 metr təşkil edəcək. Beşbucaqlı formasında hazırlanmış pentaqonun binasının yerləşdiyi dairənin diametri isə 477 metrə bərabərdir.
Məlumat üçün qeyd edək ki, Pentaqon dünyada ən böyük ofis binası hesab edilir. Binada təxminən 26 min əməkdaş işləyir və beş mərtəbənin ümumi sahəsi təxminən 604 min kvadratmetr təşkil edir.
“Mac Observer” nəşri qeyd edib ki, “Apple” şirkətinin yeni qərargahının diametri Nyu-York göydələni “Empire State Building”-in (443,2 metr) hündürlüyünü, kruiz laynerinin və Amerika atom təyyarədaşıyanının uzunluğunu ötür. Qeyd edək ki, kompleksin tikintisi növbəti ildə başlanmalıdır, binada şirkətin 12 min əməkdaşı işləyəcək. Kupertinonun saytındakı materiallara əsasən qərargahın ümumi ərazisi 260 min kvadratmetr təşkil edəcək. Yeni qərargahda ofislərdən əlavə tədqiqat mərkəzləri, 1000 nəfərlik yer üçün konfrans zalı, korporativ fitnes mərkəz və parkinq yerləşəcək.
ria.ru