Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda “Viber” proqramı niyə işləmir?
Azərbaycan mobil qurğular istifadəçiləri bir müddətdir ki, "Viber" mobil əlavə proqramından istifadə edə bilmədiklərindən gileylənirlər.
"ICTnews" xəbər xidmətinin yerli mobil rabitə operatorları arasında apardığı araşdırma nəticəsində məlum olub ki, bu problem qlobal xarakter daşıyıb və hətta beynəlxalq mediada öz əksini tapıb. Lakin hazırda problemin həll olunduğu bildirilir.
Mobil operatorlar bu problemin səbəblərini şərh edərək, istənilən halda şirkətlər tərəfindən bu proqramın istifadəsinə heç bir məhdudiyyətin qoyulmadığını və belə problemlərin bir neçə səbəbdən yarana bildiyini qeyd ediblər: qlobal şəbəkədə nasazlıq, istifadəçinin telefonunda problemlər, abunəçinin yerləşdiyi ərazi və ya xəritədə olan problemlə bağlı ola bilər.
Qeyd edək ki, "Viber" proqramı mobil telefon istifadəçilərinə yerli mobil operatorların şəbəkəsi üzərindən pulsuz zənglər etməyə və SMS-lər göndərməyə imkan verir.
Aynur Vəliyeva
05/04/14 Çap et