Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook”la müqayisədə “Twitter” reklam üçün daha əlverişlidir


ABŞ-ın “Resolution” tədqiqat şirkəti tərəfindən keçirilmiş sosial şəbəkələrin reklam bazarı üzrə araşdırmasına əsasən, “Facebook”la müqayisədə “Twitter”ə investisiya yatırmaq daha əlverişlidir.
 
“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, tədqiqat “Pepsi”, “FedEx”, “HP”, “McDonald's” daxil olmaqla 20 şirkətin iş fəaliyyətinə əsaslanır. 2013-cü ildə bu şirkətlərin reklam üçün ümumi xərcləri 37 milyon dollar olub. “Twitter”lə müqayisədə “Facebook”da reklamlara sərf edilmiş xərclər 127 faiz çox olub.
 
Bu halda şirkətlər “Twitter”ə sərmayə yatırılmasının səmərliliyini hiss ediblər və 2013-cü ilin dördüncü rübündə xərclərə yenidən baxıblar. Belə ki, riteylər üçüncü rüblə müqayisədə mikrobloqlar şəbəkəsinə sərmaye yatırılmasını 257 faiz artırıblar, halbuki “Facebook”da reklam üçün xərclər azalıb.
 
Emil Hüseynov




05/04/14    Çap et