Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Qrafen sayəsində mobil telefonlar nazik və elastik olacaq
Qrafen çoxdandır müasir dövrün ən qeyri-adi materialı adlandırılır. Bu material elektronikanın inkişafını dəyişdirə bilər. Bu vaxtlaradək qrafen materialının istehsalında müəyyən çətinliklər ortaya çıxırdı. Lakin Cənubi Koreyanın "Samsung" şirkəti bu problemi həll edə bilib.
"Samsung" mütəxəssislərinin qrafen sahəsində tədqiqatları elektronikanın kiçildilməsinə gətirib çıxaracaq. Bu, bir qədər inanılmaz səslənsə də, lakin getdikcə mobil telefonlar bank kartı ölçüsünü alır.
Dünyanın ən nazik, ən möhkəm və ən keçirici materialı hesab olunan qrafen 2004-cü ildə rusiyalı immiqrant Konstantin Novoselov tərəfindən və Andrey Qeym tərəfindən kəşf edilib və onlar buna görə "Nobel" mükafatı alıblar. Qrafen mikrosxemlərin istehsalında kütləvi istehsal olunan silisiumu əvəz etməyə qadirdir.
"Samsung"un bu istiqamətdə uğuru tezliklə elastik sensor displey, kompüter, uçuş aparatları, ən nazik HD televizorlar və super sürətli internetin yaradılmasına rəvac verəcək.
Emil Hüseynov
07/04/14 Çap et