Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Wikipedia” ensiklopediyasının zənginləşdirilməsi ilə bağlı tədbirlər intensivləşir
“Wikipedia”ya yerləşdiriləcək hər bir məlumat konkret olaraq müxtəlif elm sahəsində bir neçə mütəxəssis tərəfindən rəy verildikdən sonra ictimaiyyətin diqqətinə çatdırılmalıdır. Bu fikir AMEA Naxçıvan bölməsində “Wikipedia” ensiklopediyasının zənginləşdirilməsində AMEA Naxçıvan bölməsi əməkdaşlarının fəallığının artırılması ilə bağlı keçirilən tədbirdə vurğulanıb.
Bölmənin İctimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşı Elnur Kəlbizadənin sözlərinə görə, tədbirdə Naxçıvanın tarixi abidələri, ədəbiyyatı, mədəniyyəti, folkloru, tarixi, texniki elmləri, iqtisadiyyatı və s. elm sahələrində yerləşdirilən məlumatların düzgünlüyünə əmin olmaq, məlumatları zənginləşdirmək, yanlış yerləşdirilən məlumatların düzgün formasını əsaslandıraraq adminə göndərmək, həmçinin institutlarda bu sahəyə məsul şəxslərin fəaliyyəti məsələləri müzakirə edilib:
“Wikipedia” ensiklopediyasında Naxçıvanla bağlı məlumatlar, bəzi mövcud yanlışlıqlar və boşluqlar haqqında əməkdaşlara məlumat verilib. Tədbirdə AMEA Naxçıvan bölməsinin bütün sahələrindən olan əməkdaşları maraqlandıran sahələr ətrafında müzakirələr aparıblar”.
Həqiqət İSABALAYEVA
07/04/14 Çap et