Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dövlət rabitə operatoru toplu SMS xidmətini işə salıb


“Aztelekom” İstehsalat Birliyi müxtəlif müəssisə, təşkilat, sahibkar və biznes şirkətləri üçün yeni xidmətin tətbiqinə başlayıb.
 
Birlikdən verilən məlumata görə, artıq “Aztelekom” toplu SMS-lərin göndərilməsi üçün sifarişlərin qəbuluna başlayıb.
 
Bu xidmət reklam, tanıtım, göstərilən xidmətlərin işinin təşkili zamanı lazımi məlumatların müvafiq ünvanlara çatdırılması məqsədi daşıyır.
SMS paketlərin qiyməti, paketə uyğun olaraq verilən bonus SMS-lərin sayı barədə aşağıdakı cədvəl vasitəsilə məlumat almaq olar.
 
CAHANGİR






07/04/14    Çap et