Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Balluga” ağıllı çarpayı rahat yatmağınıza kömək edəcək
Britaniyalı dizaynerin hazırladığı “ağıllı” çarpayı rahat yatmağınıza kömək edəcək. Onun qiyməti 1600 dollardır.
“ICTnews” elektron xəbər xidməti “hi-news.ru” saytına istinadən bildirir ki, 52 yaşlı London sakini Co Katan hava ilə doldurulmuş və köpüklə örtülmüş kiçik kürələrdən ibarət çarpayı hazırlayıb. Dizaynerin sözlərinə görə, bu cür konstruksiya çarpayını istənilən bədən quruluşu və çəki üçün uyğunlaşdırır.
“Balluga” adlanan çarpayı temperatura nəzarət üçün daxili sistemə malikdir ki, bu da onun ayrı-ayrı hissələrini isidib-soyutmağa icazə verir.
Bundan başqa, çarpayı vibrasiyalı döşəklə təchiz edilib ki, ev əyləncə sisteminə qoşulduqda əlavə hislər yaşada bilər. Çarpayını, həmçinin Wi-Fi-qurğulara qoşmaq imkanı var.
“Balluga” çarpayısı təhlükəsizlik baxımından tüstü ötürücüləri və yanğın siqnalizatorları ilə təchiz edilib.
1600 dollarlıq “ağıllı” çarpayının satışlarına noyabrda start veriləcək.
Emil Hüseynov
07/04/14 Çap et