Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda yeni yerüstü rəqəmsal televiziya brendi yaradılacaq


Azərbaycanda yeni yerüstü “NarTV” rəqəmsal televiziya brendi yaranacaq.

Layihə mobil rabitə operatoru "Azerfon" MMC, eləcə də "B&BTV Communications" kabel operatoru tərəfindən həyata keçiriləcək. İlkin məlumata görə, yeni ticarət markası ölkədə ilin sonuna kimi yaranacaq.

"B&BTV Communications", "Azerfon" MMC və "Teleradio" İB Azərbaycanda rəqəmsal televiziya kontentinin əsas tədarükçüsü roluna iddialıdırlar.
Hazırda "Teleradio" İB artıq ölkənin rayonlarında (Qubada və Gəncədə) DVT-T rəqəmsal televiziya standartının kommersiya xidmətlərini göstərir. İB bütün respublikada rəqəmsal kontentin təkrar yayımı üçün ən şaxələnmiş texniki infrastruktura malikdir. Bakı, Sumqayıt və Abşeron yarımadası ərazisində DVB-T rəqəmsal standartı "ATVPlus" adı altında yayılır.

Rəqəmsal kontentin yayımı “MPEG-4” formatında həyata keçirilir. Rəqəmsal yayıma keçmək üçün abonent dekoder almalıdır. Daxili bazarda cihazın qiyməti 25-30 manat təşkil edir.

Rəvan Soltanov
 




07/04/14    Çap et