Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Sürücülərin yollardakı hərəkətini rahatlaşdırmaq məqsədilə mobil telefonlar üçün proqram təminatı istifadəyə verilib



Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi sərnişinlərin və sürücülərin yollardakı hərəkətini rahatlaşdırmaq məqsədilə mobil telefonlar üçün proqram təminatı istifadəyə verib.

Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovun verdiyi məlumata görə, “Baku İTS” mobil proqram təminatı smartfonlar üçün nəzərdə tutulub və artıq iki ildir ki, smartfon marketlərinə yerləşdirilib, müvafiq olaraq da yükləmələr edilir. Belə ki, proqram təminatını mobil telefonuna yükləmiş istifadəçi real vaxtda Bakının avtomobil yollarının vəziyyəti haqqında, paytaxtdakı avtobuslar, təmir-tikinti işləri aparılan yollar haqqında, elanlar və digər məlumatlar əldə edə bilər.
 
Proqram təminatı tamamilə pulsuzdur və mobil marketlərdən yükləyərək istifadə etmək olar. N.Həsənov hazırda bu sistem üzərində daima təkmilləşdirmə işləri aparıldığını və bu haqda ictimaiyyətə mütəmadi olaraq məlumatlar verildiyini dedi.

RƏVAN




07/04/14    Çap et