Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avropa Birliyi ilə İKT sahəsində birgə fəaliyyət məsələləri müzakirə olunacaq


9-10 aprel tarixlərində saat 10:00-da Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Avropa Birliyinin (AB) “Horizon-2020” tədqiqat və innovasiya proqramı çərçivəsində treninq keçiriləcək.
 
AMEA-nın Beynəlxalq Əlaqələr İdarəsi və Regional İnnovativ Texnologiyalar Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə (Bakı şəhəri, H.Cavid küç., 31, AMEA-nın əsas binası, 2-ci mərtəbə, konfrans zalı.) AB, Şərqi Avropa və Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın möhkəmləndirilməsi, həmçinin İKT sahəsində birgə fəaliyyət məsələləri müzakirə olunacaq.
 
AMEA Rəyasət  Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, görüşdə beynəlxalq ekspertlərlə yanaşı, Xarici İşlər Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun əməkdaşları iştirak edəcəklər.


 
Həqiqət İSABALAYEVA




07/04/14    Çap et