Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2017-ci ilədək şirkətlərin "bulud" xidmətlərinə xərclərinin həcmi 35 faiz artacaq


"IHS" analitiklərinin proqnozlarına əsasən, 2017-ci ilədək şirkətlərin "bulud" xidmətləri və arxitektura sahəsinə ümumdünya xərcləri 235 milyard dolları ötəcək ki, bu da cari ilin nəticəsi ilə müqayisədə 35 faiz yüksəkdir.
 
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, 2014-cü ildə bu xərclərin həcmi ötən illə müqayisədə 20 faiz yüksələcək və 174,2 milyard dollara çatacaq.
 
"Müasir biznesin fəaliyyətini daha həssas, elastik və uğurlu hala gətirmək üçün daha sürətli və səmərəli İT mühitin yaradılmasına ehtiyac var – "IHS" şirkətinin analitiki Caqdiş Rebello yazır. "Bulud" mühitinə keçməklə şirkətlər müştərilərlə işlədikdə rəqabət üstünlüklərinə malik olmaq üçün böyük məlumat massivləri ilə işləmək üçün güclü analitik alətləri dərindən inteqrasiya etmək istəyir".
 
"IHS" şirkətindən bildirilir ki, müəssisələr tədricən İT funksionalının çox hissəsini onlayn sistemlərə keçirirlər.
 
Emil Hüseynov
 
 




07/04/14    Çap et