Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google”un ən populyar qurğusunun beynəlxalq satışlarına start verilir


“Google” korporasiyası “Chromecast” yığcam media pleyerinin  ABŞ-dan kənarda 11 yeni ölkədə satışlarına başlayır.
 
“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, qurğunu Danimarka, Finlandiya, Fransa, Almaniya, İtaliya, Norveç, İspaniya, Hollandiya, İsveç və Böyük Britaniyada satın almaq olar. “Chromecast”ı müəyyən ölkələrdə yerli xidmətlər dəstəkləyir. Yaxın gələcəkdə məhsul başqa dövlətlərdə də satışa çıxarıla bilər. Bundan başqa, bu yaxınlarda 50-dən çox dil dəstəyi əldə edib.
 
2013-cü ilin iyununda təqdim edilmiş “Chromecast” smartfon və ya planşetdəki videonu “Wi-Fi” vasitəsilə televizora ötürməyə imkan verir. Yığcam pleyer görünüşcə fləş-karta oxşayır və “HDMI” konnektor vasitəsilə televizora qoşulur. ABŞ-da bu pleyerin qiyməti 35, Avropada təxminən 30 dollardır.
 
Emil Hüseynov




08/04/14    Çap et