Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Smartfonları 30 saniyə ərzində enerji ilə yükləmək mümkün olacaq


Təl-Əviv Universitetinin alimlərinin bilavasitə iştirakı ilə yaradılmış İsrailin “StoreDot” startapı müasir dövrün aktual problemini – smartfonlarda batareya enerjisinin çatışmazlığını həll edəcək eyni adlı qurğusunu təqdim edib. Cihaz smartfonlara enerjini qənaətcil işlətməkdə deyil, smartfonların 30 saniyə ərzində enerji toplamasına kömək edəcək.
 
“ICTnews” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, enerji yükləmə qurğusunun iş prinsipi açıqlanmır; onun yaradıcıları yalnız deyirlər ki, cihazın hansısa bioüzvi nanokristallar əsasında yaradılıb. “StoreDot” qurğusunun işçi prototipi “Samsung Galaxy S4” smartfonunu 30 saniyə müddətində enerji ilə doldura bilib.
 
Emil Hüseynov
 
 




08/04/14    Çap et