Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Mobil telefonların imkanları daha da artacaq
“Qualcomm” şirkəti “Qualcomm Snapdragon 808” və “Qualcomm Snapdragon 810” 64 bitlik mobil prosessorlarını nümayiş etdirib. Şirkətdən bildirilib ki, yeni mobil prosessorlar hazırda mobil elektronika bazarında ən yüksək məhsuldarlıq səviyyəsi göstərir.
“ICTnews” elektron xəbər xidməti “hi-news.ru” saytına istinadən bildirir ki, “Qualcomm Snapdragon 808” mobil prosessoru “Adreno 418” qrafik nüvəsi ilə təchiz edilib və “WQXGA” (2560 x 1600 piksel) təsvir ölçülü ekrana malik mobil qurğuların dəstəyi üçün hazırlanıb. Yeni prosessor 4K təsviri ekranda göstərməyə imkan verir.
“Qualcomm Snapdragon 810” mobil prosessoru “4K Ultra HD” videodəstəyi təklif edir və saniyəsində 30 kadr sürətlə 4K video, həmçinin saniyədə 120 kadr sürətlə “Full HD” formatında çəkilişi dəstəkləyir.
Emil Hüseynov
08/04/14 Çap et