Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Bakcell” in MNP gözləntiləri özünü niyə doğrultmadı?


Azərbaycanın ilk mobil rabitə operatoru olan “Bakcell” şirkəti MNP sisteminin tətbiqindən gözlədiyi effekti əldə etməyib.
 
Şirkətin icraçı direktoru Riçard Şirerin “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, sistemin tətbiqi  nəticəsində gözlənilən abunə sayının artımı baş verməyib.
 
“Bakcell şəbəkəsinə digər operatorların şəbəkəsində keçən abunələr var, lakin onların sayı bizim gözləntilərimizə cavab vermir. Bunun da səbəbi MNP sistemində mövcud olan texniki problemlərdir. Bu problemlər üzündən qeydiyyat və nömrələrin daşınması prosesləri çox ləng gedir, bu da öz növbəsində sistemin effektiv işinə mane törədir. Problemlərin mövcudluğu sistemin işini təşkil edən bütün strukturlara aiddir, mərkəzi sistemdə qeydiyyatla bağlı problemlər mövcuddur, misal üçün, dilerlərin kompüterlərində Azərbaycan şrifti olmadığı halda, nömrəsini bir şəbəkədən digər şəbəkəyə keçirmək istəyən hər hansı şirkətin və ya istifadəçinin adında “ə” hərfi yerinə “e” hərfi yazıldıqda bu, sistem tərəfindən səhv kimi qəbul edilir və onlar qeydiyyatdan  keçə bilmir, nömrənin daşınması prosesi ləngiyir”,- deyə o bildirib.
 
Aynur Vəliyeva




09/04/14    Çap et